Modern.az

Tramp: Putin müharibəyə son qoymaq istəyir

Tramp: Putin müharibəyə son qoymaq istəyir

Dünya

4 Dekabr 2025, 07:37

“Vladimir Putin müharibəyə son qoymaq istəyir”.

Modern.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərın Stiv Uitkov və Cared Kuşnerin Putinlə görüşünün nəticələri ilə bağlı suala cavabında deyib.

“Uitkof və Kuşnerin təəssüratı belə oldu. Düşünürəm ki, o, daha normal həyata qayıtmaq istəyir. Düşünürəm ki, o, həftədə minlərlə əsgər itirmək əvəzinə, açıq şəkildə Amerika Birləşmiş Ştatları ilə ticarət etmək istəyir. Onların təəssüratına əsasən Putin razılaşmaq istəyir”, - deyə Tramp əlavə edib (AZƏRTAC)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?