Modern.az

Benzinin bahalaşması maşın bazarına necə təsir edəcək? - Ekspert rəyi

Benzinin bahalaşması maşın bazarına necə təsir edəcək? - Ekspert rəyi

İqtisadiyyat

8 Aprel 2014, 09:27

“Azərbaycanda yanacağın qiyməti hətta 1 manatı ötsə belə, bu, avtomobil bazarına hər hansı formada təsir etməyəcək. Bu gün respublikamızda avtomobilə tələbat çox böyükdür”. Bunu Modern.az-a Əmlak Bazarı İştirakçıları Birliyinin icraçı direktoru Ramil Osmanlı benzin bahalaşmasının maşın bazarına təsirindən danışarkən bildirib:
“Adambaşına düşən avtomobil sayına görə, Azərbaycan hətta Mərkəzi Asiyanın bəzi ölkələrindən geri qalır. İndiki vəziyyətdə yanacağın qiymətinin artması alqı-satqıya, ümumiyyətlə, avtomobil bazarındakı digər göstəricilərə heç bir halda təsir etməyəcək. Bəzi bazar siqmentləri kimi avtomobil bazarı da inhisardadır. Ona görə də, inhisarçıların qiymət siyasətində mexaniki qiymət dəyişmələri baş vermir. Düşünürəm ki, yanacağın qiymətinin artması avtomobil bazarında qiymətə təsir göstərməyəcək. Azərbaycan bazarında qiymət artımı baş verib, amma avtomobillərin qiymətinə hər hansı formada təsir göstərməyib”.

Qeyd edək ki, aprelin 4-dən ölkə ərazisindəki yanacaqdoldurma məntəqələrində Ai-95 markalı avtomobil benzini satışdan çıxarılıb. Əvəzində məntəqələrdə “Premium Avro-95” markalı benzinin satışına başlanılıb. Bu markalı benzinin 1 litrinin qiyməti 93 qəpiyə satılır.  Aİ-95 markalı benzinin litriisə 80 qəpik idi.

Benzin satışında baş verən bu dəyişiklik əhali arasında ciddi narazılıq doğurub.

Gülşən Raufqızı

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü