Rusiya Prezidenti Vladimir Putin bildirib ki, istənilən halda Donbas və Novorossiyanın (Şimali Qara dəniz bölgəsi) ələ keçirəcəklər.
Modern.az xəbər verir ki, Putin bu haqda "India Today"ə müsahibədə deyib.
"Rusiya istənilən halda Donbass və Novorossiyanı hərbi və ya digər vasitələrlə azad edəcək", - deyə Putin bildirib. Bu ərazilər 2022-ci ildə başlayan Rusiya-Ukrayna münaqişəsinin mərkəzinə çevrilib.
Putin bu bəyanatı həmin ərazilərdə yaşayan rusdilli əhalinin maraqlarının qorunmasının ümumi prinsipləri çərçivəsində verib.
Dövlət başçısı Rusiyanın Ukraynadan silahlı qüvvələrini Donbasdan çıxarmasını və hərbi əməliyyatlardan çəkinməsini təklif etdiyini, lakin Kiyevin hərbi variantı seçdiyini xatırladıb.