Modern.az

Adıyaman Universitetinin azərbaycanlı professoru: “İlk dəfə xaricdən tələbə qəbul edəcəyik”

Adıyaman Universitetinin azərbaycanlı professoru: “İlk dəfə xaricdən tələbə qəbul edəcəyik”

8 Aprel 2014, 10:33

Aprelin 5-6-da Bakıdakı “Hilton” mehmanxanasında Türkiyənin 30-a yaxın universitetinin iştirakı ilə növbəti xüsusiləşmiş təhsil sərgisi təşkil olunub. Orada iştirak edən Adıyaman Universitetinin professoru Şəhrəbanı Allahverdiyeva sərgi təəssüratlarını Modern.az-la bölüşüb:

“Təəssüratımız çox yüksəkdir. Əslində belə bir tədbirin keçirilməsi çoxdan lazım idi. Azərbaycan tələbələri Türkiyədə çoxdan oxuyurlar. Təşkil edənlərə də təşəkkür edirik ki, belə bir tədbir elədilər və biz də bura gəldik. Türkiyə istəyir ki, hər universitetə azərbaycanlılardan 150-yə qədər tələbə götürsün. Məqsədimiz burada universitetlərimizi tanıtmaq idi, onu da siz təşkil etmisiniz. Adıyaman Universiteti olaraq istədik ki, özümüz azərbaycanlı tələbə götürək. Mən orada türkdilli ədəbiyyatı ixtisasından professor olaraq çalışıram. Biz üç nəfər - mən, professor Manaf Manaflı, professor Murad Koca gəlmişdik. 13 mindən çox tələbəmiz var. İlk dəfə xaricdən tələbə qəbul edəcəyik. Qəbul olmaq istəyən burada da, gəlib Türkiyədə, bizim universitetdə də imtahan verə bilər. Deməli, imtahanda türk dilində necə danışa bilirlər, ona baxılacaq. Hansı sahəyə imtahan verəcəklərsə, o sahə haqqında bilgi verməlidirlər”.

Ş. Allahverdiyevanın sözlərinə görə, sərgidə çox tələbə iştirak edirdi: “Sərgidə çox tələbə var idi. Ancaq daha çox olsa daha yaxşı olardı. Çünki birinci gün daha çox oldu. İkinci gün hava soyuq olduğuna görə bir az oldu. Əslində bunu biz təşkil eləsəydik, bütün tələbələrin bu haqda bilgiləri olsaydı, həm Azərbaycanın xeyrinə, həm də bizim xeyrimizə daha gözəl olardı. Həm də yeni universitetlərə tələbələrin gəlməsi daha gözəldir. Məsələn, bizim universitetdə hüquq ixtisasından başqa demək olar ki, bütün ixtisaslar var”.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir