Modern.az

Şuşada ifaçılıq mərkəzi tikiləcək

Şuşada ifaçılıq mərkəzi tikiləcək

Aktual

4 Dekabr 2025, 16:42

Şuşada opera və balet tamaşalarının, konsertlərin, müxtəlif tədbirlərin keçiriləcəyi İfaçılıq Sənəti Mərkəzi tikiləcək.

Modern.az xəbər verir ki, irimiqyaslı layihənin fotolarını tanınmış memar Tomas Şinko və onun həyat yoldaşı Aytən Mirzəyevanın rəhbərlik etdiyi "Vasconi Architectes International" şirkəti paylaşıb.

Sözügedən şirkət 1973-cü ildə Klod Vaskoni tərəfindən təsis edilən dünyaşöhrətli memarlıq studiyasıdır. Baş ofisi Parisdə yerləşir, onların Lüksemburq, Honkonq, Kiyev və Bakıda ofisləri var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır