Modern.az

Rusiya "SnapChat"ı da blokladı

Rusiya "SnapChat"ı da blokladı

Dünya

4 Dekabr 2025, 21:26

"Roskomnadzor" Rusiyada "SnapChat" mesencerini bloklayıb.

Modern.az xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının məlumatına əsasən, servis ölkə ərazisində terrorçu fəaliyyətlərin təşkili və həyata keçirilməsi, onların icraçılarının cəlb olunması, eləcə də vətəndaşlara qarşı dələduzluq və digər cinayətlərin törədilməsi üçün istifadə olunur.

"Ümumi istifadə üçün nəzərdə tutulmuş rabitə şəbəkəsinin mərkəzləşdirilmiş idarəetmə qaydalarına uyğun olaraq, "Roskomnadzor" servisin bloklanması üçün tədbirlər görüb", - deyə məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şad Xəbər - Vətəndaşlara pulsuz evlər veriləcək