st1:*{behavior:url(#ieooui) }
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı öldürmək istəyən şəxs yaxalanıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, “Tayyibi vuracağam” şəklində SMS göndərən Adnan Yıldırım isimli şəxs Ankara Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Yıldırım bundan əvvəl də Ərdoğanı öldürəcəyinə dair 12 dəfə təhdid bəyanatlı çıxışlar edib. Ankara Əmniyyət Müdirliyi bildirib ki, Adnan Yıldırım Rəcəb Tayyib Ərdoğan və baş nazirin müavini Bülənt Arınça qarşı müxtəlif zamanlarda təhdid, təhqir, həqarət məzmunlu çıxışlar edib.
Yıldırım adamoğurluğu, dələduzluq, oğurluq , vergidən yayınmaq, saxtakarlıq da daxil bütövlükdə 33 maddə üzrə ittiham olunur.