Modern.az

Azərbaycanda mobil telefonların viber proqramına giriş məhdudlaşdırılıb

Azərbaycanda mobil telefonların viber proqramına giriş məhdudlaşdırılıb

8 Aprel 2014, 12:32


2013-cü il 26 fevral ayında Smartfonlar (Android, BlackBerry OS, iOS, İphone, Samsung, Nokia, Bada, Windows Phone və s.) telefonları üçün nəzərdə tutularaq hazırlanmış Viber internet proqramına mart ayının 12-dən sonra Azərbaycanda istifadəsində çətinliklər yaradılıb.

175 milyon işlədicisi olan bu proqram Skype, Tanqo və digər bir çox internet proqramlarına rəqib sayılır. Bu proqram vasitəsi ilə istifadəçilər pulsuz danışma, mesajlaşma, smayliklər və şəkillər göndərmək kimi fürsətlərdən yararalanırlar. Ən əsası isə, danışmaq istədiyiniz adamın harda olmasını təyin edib ünvanını öyrənmək mümkündür. Viber proqramından istifadə etməklə həm kontura, həm də cibə qənaət edilir.

Viberin ölkəmizdə istifadəsinə yaranan çətinliklərə gəlincə, adının çəkilməsini istəməyən qaynaqdan Modern.az saytına bildirilib ki, bu proqramın istifadəsindən sonra Azərcell və Bakcell kimi nəhəng mobil operatorlıarın mobil bazarında zəifləşmə müşahidə olunur. Məhz buna görə də Viber bu kimi mobil operatorlıarın qəzəbinə tuş gəlib.

Laçın SƏMLA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır