"Gömrük–biznes” inkişaf modeli yaradılacaq.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Etibarlı Tərəfdaş Konsepsiyası”nda bu məsələ öz əksini tapıb.
Qeyd olunub ki, Dövlət Gömrük Komitəsi 2026-2028-ci illərdə xarici ticarət iştirakçıları ilə dayanıqlı tərəfdaşlıq mexanizminin formalaşdırılmasına xidmət edən “Gömrük–biznes” inkişaf modelinin yaradılması və müntəzəm qaydada məlumat mübadiləsinin aparılması, biznes subyektləri tərəfindən gömrük əməliyyatlarına əlçatanlığının təmin edilməsi məqsədilə “özünet” prinsipinin tətbiq dairəsinin genişləndirilməsini həyata keçirəcək.