Modern.az

İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək

İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək

Aktual

6 Dekabr 2025, 14:59

Biləsuvar Rayon İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək.

Modern.az xəbər verir ki, icra hakimiyyəti bununla bağlı "Euroservise” şirkəti ilə müqavilə bağlayıb.

Müqavilədə Biləsuvar şəhərinin küçələrinin işıqlandırma sisteminin cari təmiri işlərinin satınalınması nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri isə 510.632,24 manat müəyyənləşib.

Qeyd edilib ki, təmir işləri büdcə və büdcədənkənar vəsaiti hesabına həyata keçiriləcək. (iqtisadiyyat.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı