Modern.az

“Məşhurların övladları”: Nazim İmanovun diplomat oğlu - FOTO

“Məşhurların övladları”: Nazim İmanovun diplomat oğlu - FOTO

Reportaj

8 Aprel 2014, 16:53

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

Budəfəki təqdimatımız sabiq deputat, Azərbaycanda qeydiyyatdan keçmiş ilk siyasi partiya olan AMİP-in yaradıcılarından biri – Nazim İmanovun oğlu Araz İmanov barəsindədir.

Nazim İmanov müstəqil Azərbaycanın ilk parlamentinin (1995-2000-ci illər) üzvü olub. Aktiv deputat fəaliyyəti ilə seçilən iqtisad elmləri doktoru N.İmanovun Milli Məclisdə iqtisadi qanunların qəbul olunmasında mühüm rol oynayıb.
Nazim İmanov sonralar uzun müddət yanaşı addımladığı siyasi lider Etibar Məmmədovun partiyasından istefa verib. O, AMİP-də sədr müavini postunu tuturdu.
Nazim İmanov 2005-ci ildə müstəqil namizəd kimi parlament seçkilərinə qatılsa da, deputat ola bilməyib. O vaxtdan etibarən N.İmanov aktiv siyasi fəaliyyətini dayandırıb.
N.İmanov daha sonra Bakıda fəaliyyət göstərən xarici şirkətlərdə çalışıb.
Qeyd edək ki, Nazim İmanovun 2 oğlu var.

31 yaşlı Araz İmanov Nazim İmanovun böyük oğludur. Bakıda doğulub-böyüyən Araz İmanov orta məktəbi başa vurandan sonra Bakı Dövlət Universitetində Sosial elmlər və psixologiya fakültəsinin iqtisadi nəzəriyyə ixtisasının bakalavr pilləsini bitirib. Lakin iqtisadiyyat sahəsi üzrə ali təhsil alan A.İmanov atası kimi iqtisadçı ola bilməyib.
Daha sonra Londonda magstr təhsili alıb.
Araz İmanov fəaliyyətə diplomatik sahədən başlayıb. O, artıq 3 ildir ki, Azərbaycanın Çexiyadakı səfirliyində çalışır. Araz İmanov hazırda səfirliyin 3-cu katibi vəzifəsini tutur.

Modern.az saytı onun fotoşəklini ilk dəfə mediada təqdim edir.

A.Qorxmaz

***
Həmçinin oxu:

Tağı Əhmədovun hakim oğlu

//modern.az/articles/49878/1/

Fuad Musayevin diplomat oğlu
//modern.az/articles/49922/1/

Zeynəb Xanlarovanın məmur oğlu
//modern.az/articles/50188/1/

Yazıçı Anarın səfir oğlu
//modern.az/articles/50363/1/

Ramiz Rövşənin müəllim oğlu
//modern.az/articles/50575/1/

Oqtay Şirəliyevin bankir oğlu
//modern.az/articles/50894/1/

Misir Mərdanovun filoloq qızı
//modern.az/articles/51132/1/

Əvəz Ələkbərovun maliyyəçi oğlu
//modern.az/articles/51369/1/

Məleykə Abbaszadənin hüquqşünas qızı
//modern.az/articles/52815/1/

Ziyad Səmədzadənin iqtisadçı oğlu
//modern.az/articles/53115/1/

Amaliya Pənahovanın səfir oğlu
//modern.az/articles/53904/1/

Polad Bülbüloğlunun musiqiçi oğlu
//modern.az/articles/53963/1/

Vasif Talıbovun oğlanları - FOTOLAR
//modern.az/articles/54638/1/

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır