Modern.az

Ukrayna üzrə danışıqlar dalana dirənib

Ukrayna üzrə danışıqlar dalana dirənib

Dünya

8 Dekabr 2025, 15:40

Ukrayna müharibəsi ilə bağlı danışıqlar ərazi məsələsinə görə dalana dirənib

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O qeyd edib ki, ABŞ, Rusiya və Ukrayna arasında Donbasla bağlı vahid yanaşma yoxdur.

Zelenskinin sözlərinə görə, ABŞ-ın sülh təşəbbüsü üzrə danışıqların iştirakçıları hələ də ərazi məsələsində razılığa gələ bilmirlər.

Prezident qeyd edib ki, ABŞ-ın planının bəzi elementləri bir sıra “həssas məsələlər”, o cümlədən müharibədən əziyyət çəkən ölkə üçün təhlükəsizlik təminatları və şərq bölgələrinə nəzarət kimi məsələlər üzrə əlavə müzakirə tələb edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Parlamentdə deputatlar arasında GƏRGİNLİK