Modern.az

İslam Konfransı Təşkilatı: "İsrailin hücumu quldurluq, suç və dövlət terrorizmidir"

İslam Konfransı Təşkilatı: "İsrailin hücumu quldurluq, suç və dövlət terrorizmidir"

Dünya

7 İyun 2010, 12:07

İslam Konfransı Təşkilatının (İKT) Ciddədə keçirilən toplantısında Türkiyəyə dəstək nümayiş olunub. Modern az türk mətbuatına istinadən xəbər verir ki,  İKT toplantısında Qəzzaya humanitar yuk daşıyan sülh karvanına  İsrailin qanlı hücumu pislənib. Təşkilatın qəbul etdiyi  yekun sənəd barədə  danışan  İKT-nin baş katibi Ekmeleddin İhsanoğlu bəyan edib ki, 9 insanın qətlə yetirən İsrail işlədiyi cinayətin siyasi və hüquqi nəticələri ilə üzləşmək məcburiyyətindədir.

İsrailin hücumunu “quldurluq, suç və dövlət terrorizmi” adlandıran İhsanoğlu baş verənləri İsrailin beynəlxalq hüquq normallarına qarşı sonsuz məsuliyyətsiz davranışlarının yeni bir təzahürü adlandırıb. İsrailin davranışlarının əxlaqsız olduğunu deyən İhsanoğlu Türkiyə hökumətinə  müsəlman dünyası  adına fələstinlilərə dəstək nümayiş etdirməsiniə görə minnətdarlıq edib. Onun sözlərinə görə, İsrailin son qanlı hücumu təkcə bir dinə, bir ölkəyə qarşı deyil. İsrailin hücum etdiyi gəmidə xristian, islamiyyət və musəviliklə bağlı dərin kökdən gələn inanclı insanlar olub. Onlar beynəlxalq toplumun vicdanını təmsil edib. Buna görə də İsrailin hərəktləri BMT-yə və digər beynəlxalq təşkilatlara yönəlib. 

 

 Toplantıda çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu bəyan edib ki,  İsrailin son hərəkətləri regionda hadisələrin gələcək inkişaf perspektivini müəyyən edəcək. “Bu hücum bölgə tarixində müəyyənedici bir an olacaq. Regionda və qlobal baxış acısındanı dərin təsirləri olacaq və artıq heç bir şey əvvəlki kimi olmayacaq”,-deyə Davutoğlu bildirib. Onun sözlərinə görə, təsadüfü deyildir ki, Türkiyədə bir çoxları bu hadisəni “bizim 11 sentyabrımız” kimi qiymətləndirir. Davutoğlu bəyan edib ki, heç bir dövlət hüququn üzərində ola bilməz.

Davutoğlu bəyan edib ki, BMT Təhlükəsizlik Şurası və BMT insan haqları Şurası İsrailin  hücumunun qiymətləndirilməsi üçün beynəlxalq araşdırmaların həyata keçirilməsini dəstəkləyir. İsrailin bu prosesə mane olmaq səyləri isə onun  baş vermiş faciədə günahkar olmasının və vəhşi hərəkətlərinin daha bir sübutu olacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı