Modern.az

Bakı bağçalarında valideynlərdən tualet kağızı tələb olunur

Bakı bağçalarında valideynlərdən tualet kağızı tələb olunur

9 Aprel 2014, 12:56

Bakıda yerləşən bir çox bağçalarda valideynlərdən mütəmadi olaraq, quru, nəm salfetlər, duru və quru sabunlar, ayaqyolu kağızları, həmçinin aylıq 20-30 manat pul tələb olunur. Valideynlər isə uşağın xatirinə hər şeyi sakitliklə yola verməyə çalışır. Çünki hər hansı narazılıq uşağın bağçadan çıxarılmasına səbəb ola bilər.

Bakı Şəhəri İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, bütün bunlara dövlət büdcəsindən vəsait ayrılır:

“Həmin vəsait hər şey nəzərə alnmaqla müəyyən hissələrə ayrılır. İstər nəm, istər quru salfetlər, ayaqyolu kağızları, müxtəlif sabunlar bağçalara verilir. İstisna hallarda bizim verdiyimiz məhsullar bəs etməyə bilər. Nəzərə alsaq ki, 340 bağça var və oradakı uşaqların hamısı da eyni xarakterli deyil. Yəni təmizi, pintisi var. Bəzən kvotada göstəriləndən daha çox tələbat olur. Yəqin bu səbəbdən valideynlərdən bu vasitələr istənilir. Lakin istənilən halda bu qanunsuzdur. Bundan başqa, dövlət bağçalarında aylıq haqq da yığılmır. Yeməklər menyuyə əsasən verilir. Hər 15 gündən bir menyudə dəyişiklik edilir ki, uşaqlar yeməkdən bezməsinlər. Bu qədər bağçanı idarə etmək çox çətindir. Sağ olun ki, siz bizi neqativ hallar barədə məlumatlandırırsınız”.

Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi