Modern.az

Parlamentin sədr müavininə TÖHMƏT VERİLDİ

Parlamentin sədr müavininə TÖHMƏT VERİLDİ

Parlament

11 Dekabr 2025, 19:35

Milli Məclis sədrinin müavini Rafael Hüseynova töhmət elan edilib.

Modern.az xəbər verir ki, buna səbəb Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü olan vitse-spikerin Milli məclisdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməsidir.

Belə ki, VHP-nin Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) iclasında bildirilib ki, VHP üzvü olan deputatın iclasda aparıcılığından sui istifadə edərək partiya sədrinə qarşı bu cür davranışı nə etik, nə də siyasi baxımdan yolveriləndir: "Sabir Rüstəmxanlıya qarşı bu hörmətsizlik partiyanın parlamentdəki təmsilçisi olan Rafael Hüseynovun ciddi səhvidir və ona töhmət elan edilməsi barədə qərar qəbul edilib".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır