Modern.az

Azərbaycan və Türkiyə prezidentləri arasında görüş olub

Azərbaycan və Türkiyə prezidentləri arasında görüş olub

Təhsil

7 İyun 2010, 16:46


İyunun 7-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdulla Gülün görüşü olub. (AzərTAc).
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafında məmnunluq ifadə olunub, yüksək səviyyəli görüşlərin əhəmiyyəti qeyd edilib.
Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın və bu əməkdaşlığın regional əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, təbii qazla bağlı imzalanacaq sənədlər Azərbaycan ilə Türkiyə arasında energetika sahəsində uğurlu əməkdaşlıqda yeni bir mərhələ olacaq.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıldı, ikitrəfli, regional və beynəlxalq məsələlər müzakirə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR