Modern.az

Təyyarə küçəyə düşdü - Xəsarət alanlar var

Təyyarə küçəyə düşdü - Xəsarət alanlar var

Dünya

14 Dekabr 2025, 09:21

Almaniyanın Manhaym şəhərində kiçik mühərrikli təyyarə küçəyə eniş edib, 3 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Tagesschau" qəzeti məlumat yayıb.

 

Məlumata görə, təyyarədə 23 yaşlı pilot, onun 23 yaşlı köməkçi pilotu və 37 yaşlı kişi olub.

 

"Pilot ağır, digər iki sərnişin isə yüngül xəsarətlər alıb. Bütün sərnişinlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb", - nəşr qeyd edib.

 

Əraziyə polis və fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub.

 

Hadisənin səbəbləri araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?