Modern.az

NATO Rusiyaya görə Şərqi Avropadakı ordusunu artırır

NATO Rusiyaya görə Şərqi Avropadakı ordusunu artırır

Dünya

10 Aprel 2014, 13:02

NATO Rusiyanın Ukraynadakı son fəaliyyəti nəticəsində yaranan təhlükəni nəzərə alaraq Şərqi Avropa ölkələrindəki əsgərlərinin sayını artıra bilər. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu Şimali Atlantika Alyansının Avropadakı generalı Filipp Bridlav deyib. Onun sözlərinə görə, söhbət şərqdəki müttəfiqlərin həm yerdən, həm havadan təhlükəsizliyini qorunmasına təminatdan gedir. General əlavə edib ki, fəaliyyət planı aprelin 15-nə kimi hazır olacaq.

“Reuters”in məlumatında isə qeyd edilir ki, NATO may ayından Baltikyanı dövlətlərin hava məkanına keşik çəkən təyyarələrinin sayını iki dəfə artıracaq.

Bundan əvvəl isə NATO-nun baş katibi Andres Foq Rasmussen bəyan edib ki, əgər Rusiya Ukrayna əleyhinə hücuma geçərsə, ciddi iqtisadi və siyasi problemlərlə üzləşəcək.

Modern.az.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir