Modern.az

Üç ayda vergidən büdcəyə 1 milyard 762 milyondan çox vəsait daxil olub

Üç ayda vergidən büdcəyə 1 milyard 762 milyondan çox vəsait daxil olub

10 Aprel 2014, 13:25

2014-cü ilin yanvar-mart aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 1 milyard 762 milyon 920,6 min manat vəsait daxil olub.

Modern.az-a Vergilər Nazirliyindən verilən məlumata görə, bu məbləğin 31,5 faizi mənfəət, 27,3 faizi əlavə dəyər vergisinin, 12,1 faizi aksizlərin, 12,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 16,2 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə  977 milyon 249,6 min manat vəsait daxil olub.

Yanvar-mart aylarında respublika üzrə 22 min 239 vergi ödəyicisi qeydiyyata alınıb. 2014-cü il aprelin 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 556 min 862 nəfər  təşkil edib.

2014-cü ilin yanvar-mart ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,3 faiz təşkil edib.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir