Modern.az

Sidneydəki terrorda ölənlərin sayı 15-ə çatdı

Sidneydəki terrorda ölənlərin sayı 15-ə çatdı

Dünya

15 Dekabr 2025, 00:11

Dekabrın 14-də Sidneydə baş verən terror hücumunda ölənlərin sayı 15-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Yeni Cənubi Uels səhiyyə naziri Rayan Park açıqlama verib.

 

"Ölən 15 nəfərdən biri xəstəxanada ölən bir uşaqdır. Bu, bütövlükdə icmamız, bütün avstraliyalılar üçün, xüsusilə yəhudi icması üçün xüsusilə dəhşətlidir", - Park deyib.

 

Nazir atışmada yaralananlardan dördünün uşaq xəstəxanasına köçürüldüyünü bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır