Modern.az

Tacikistan Rusiyaya nota verib

Tacikistan Rusiyaya nota verib

Təhsil

7 İyun 2010, 17:18

Tacikistanın Xarici İşlər Nazirliyi Rusiyanın ifrat milliyyətçi lideri – Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskinin son sərsəm bəyanatlarından dolayı  rəsmi Moskvaya etiraz notası verib.  Modern.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Düşənbədəki səfiri Yuri Popov bu səhər Tacikistan XİN-ə çağırılıb və ona nota təqdim olunub.  Dövlət Dumasının vitse-spikeri olan Jirinovski son bəyanatında Tacikistan və Qırğızıstanın Rusiyanın tərkibinə daxil olunması vacibliyini bildirib və bununla da  tacik və qırğızların qəzəbinə tuş gəlib.  “Jirik” adıçəkilən müstəqil respublikaların Rusiyanın 7-ci regionu ola  biləcəyindən bəhs edib.

 

Rəsmi Düşənbə Rusiyanın baş sanitar həkimi Gennadi Onişenkodan da narazıdır. Onişenko Tacikistandan meyvə və səbzələrin idxalına qadağa qoyub. Bu isə tacik istehsalçıların güzaranını onsuz da ağırlaşdırıb.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR