Modern.az

Dövlət Komitəsi: “Halal məhsul məsələsində Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığa hazırıq”

Dövlət Komitəsi: “Halal məhsul məsələsində Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığa hazırıq”

10 Aprel 2014, 16:24


“Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıqdan imtina etməmişik. Amma hər qurumun öz nizamnaməsi var”. Modern.az xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsinin rəsmisi Fazil Talıblı bildirib.

“Ət kəsimində dini məqam var. Odur ki, kəsim zamanı Qafqaz Müsəlmanları İdarəsi təmsilçiləri dəvət oluna bilərlər”.

F. Talıblı son zamanlar sosial şəbəkələrdə yayılan “qurdlu” kolbasa və sosiska məhsulu ilə bağlı qeyd edib ki, həmin məhsul “Səhliyalı” firmasına aid deyil.

“Müəssisənin texnologiyaları elə qurulub ki, onların içərisinə hər hansı maddə düşərsə, təchizatlar avtomatik olaraq dayanır. Orada əl əməyindən istifadə olunmur”.

Fazil Talıblı onu da bildirib ki, jurnalistlərdən biri sosial şəbəkədə Nərimanov rayonu 37 saylı məktəbin bufetində antisanitariyanın olduğunu yazıb. “Bununla bağlı araşdırma apardıq. Orada belə bir natəmizliyə rast gəlmədik. Jurnalistlərdən biri də dönərin üzərində soxulcan olan şəklini paylaşıb. Həmin dönərxananı axtarırıq. Ancaq əlimizdə hər hansı bir ünvan yoxdur”.

Fazil Talıblı deyib ki,  9 şirkətdə yoxlamalar aparılıb və onlardan 4-nə “Halal” sertifikatı verilib. “Halal” holoqramı yenicə hazırlanıb və sabahdan verilməyə başlayacaq. Sertifikatlaşdırılma təxminən 2 aya qədər müddət ərzində aparılmış araşdırmaların nəticəsində həyata keçirilib. Standartın əsas tələblərindən biri olan heyvanın kəsimi və digər xammalların hazırlanması prosesini izləmək məqsədilə “AzSert” əməkdaşları Hindistan, Almaniya, Avstriya, Çexiya və Rusiyaya ezam olunublar. AZS 731-2012 standartı əssasında sertifikatlaşdırılmayan, lakin məhsulun üzərində “halal” sözünü iistifadə edən müəsssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ciddi tədbirlər görüləcək.

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub