Modern.az

Hilari Klinton Azərbaycana gələcək

Hilari Klinton Azərbaycana gələcək

Təhsil

7 İyun 2010, 16:51

ABŞ-ın dövlət katibi Hilari Klintonun Azərbaycana səfəri gözlənilir. Modern.az xəbər verir ki, bu barədə Bakıda səfərdə olan ABŞ-ın müdafiə naziri Robert Geyts Azərbyacanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşdə bildirib. Klintonun Azərbaycana səfərinin dəqiq vaxtı hələlik məlum deyil.

Amerikanın ölkəmizdəki səfirliyi də xanım Klintonun Bakıya səfərinin vaxtı barədə məlumata malik deyil.

 

Qeyd edək ki,  Robert Geyts - Səfər Əbiyev görüşündə  Azərbaycan – Amerika hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.  Beynəlxalq terrorizmlə mübarizəyə və digər təhlükəsizlik proseslərinə verilən birgə töhfələrdən danışan nazir Səfər Əbiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi səbəbindən Cənubi Qafqazda vəziyyətin mürəkkəb və gərgin olaraq qaldığını deyib. O, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın rolunu yüksək qiymətləndirib və Azərbaycanın bu ölkədən daha fəal addımlar gözlədiyini qonağın diqqətinə çatdırıb.

Səfər Əbiyev 907-ci düzəlişin ABŞ-Azərbaycan əlaqələrinə mənfi təsir göstərdiyini xüsusi vurğulayıb. Robert Qeyts  qeyd edib ki, prezident Barak Obamanın Azərbaycan prezidenti İlham Əliyevə məktubu, dövlət katibi Hillari Klintonun Bakıya gözlənilən səfəri və özünün hazırda Bakıda olması ABŞ və Azərbaycanın starateji tərəfdaş ölkələr olduğunu göstərir. R.Qeyts vurğulayıb  ki, ölkəsinə qayıdandan sonra Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün nə qədər böyük əhəmiyyət daşıdığını ABŞ prezidenti Barak Obamanın diqqətinə çatdıracaq. Bir sıra mühüm məsələlərə toxunan amerikalı nazir 907-ci düzəlişin birdəfəlik ləğv edilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR