Modern.az

Timoşenko namizədlikdən imtina etməyəcək

Timoşenko namizədlikdən imtina etməyəcək

Dünya

11 Aprel 2014, 09:45


Ukrayna prezidentliyinə “Batkivşina” partiyasından namizəd, keçmiş baş nazir Yuliya Timoşenko heç bir halda geri çəkilməyəcək. Modern.az Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, o deyib ki, başlıca vəzifəsi insanlara qarşı ədalətsizliyin kökünü kəsmək  və haqq-ədaləti bərpa etməkdir. Qeyd edək ki, prezidentliyə namizəd bu gün Xmelnikedə mitinq keçirib. Timoşenko mitinqdəki çıxışında deyib ki, qanunsuzluğun, alçaldılmanın və özbaşınalığın nə olduğunu Kaçanovski həbsxanasında hər gün hiss edib.

Xatırladaq ki, aprelin 9-da prezidentliyə digər namizəd Pyotr Poroşenko Timoşenkonun prezident seçkilərində iştirakdan imtina etməsini arzulayıb. Onun fikrincə, Timoşenko Ukrayna xalqının birliyi naminə namizədliyini geri götürməlidir.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır