Modern.az

Qadın əməyinin qadağan olunduğu peşə və iş yerləri 204-ə endirilib

Qadın əməyinin qadağan olunduğu peşə və iş yerləri 204-ə endirilib

Parlament

17 Dekabr 2025, 15:23

Ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipləri əsasında qurulması və qadınların məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə, vəzifə və iş yeri 204-ə endirilib.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında komitə sədri Hicran Hüseynova deyib.

Komitə sədri bildirib ki, bu dəyişiklik beynəlxalq tələblərlə uyğundur. 

“Qadağan edilən bu iş yerləri yalnız hamilə və ya bir yaşına qədər uşağı olan qadınlara tətbiq olunur. Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar və milli qanunvericilik də analığın mühafizəsinə yönəlmiş tədbirləri ayrı-seçkilik kimi qiymətləndirmir. Bu baxımdan Əmək Məcəlləsinə edilən dəyişikliklər,- analığın mühafizəsinin gücləndirilməsi, hamilə qadınların məzuniyyətlərinin yenidən hesablanması,- müsbət haldır”.

O qeyd edib ki, hamiləlik və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti, doğuşun gözlənildiyi gündən uşağın faktiki doğulduğu günədək olan müddət qədər ödənişli olaraq uzadılır və bu zaman doğuşdan sonrakı məzuniyyət hissəsi azaldılmır.

“Layihədə yer alan mühüm anlayışlardan biri də "ailə vəzifələri olan işçi" anlayışıdır. Ailə institutunun möhkəmləndirilməsi baxımından bu dəyişikliklər xüsusilə vacibdir. Biz elə bir şərait yaratmalıyıq ki, insan heç vaxt işlə ailə arasında seçim etməyə məcbur qalmasın”- o vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır