Modern.az

Əfsanəvi Amerika jurnalisti: “İsraillilər Fələstindən rədd olub getməlidirlər”

Əfsanəvi Amerika jurnalisti: “İsraillilər Fələstindən rədd olub getməlidirlər”

Təhsil

8 İyun 2010, 09:40

Amerika jurnalistikasının əfsanəsi hesab olunan, Ağ evin jurnalist korpusunun veteranı İsrail əleyhinə bir sıra qalmaqallı çıxışlarından sonra işdən çıxıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, son 50 il ərzində Yaxın Şərq hadisələri barədə reportajlar hazırlamış Xelen Tomas son çıxışında bəyan edib ki, “israillilər Fələstindən rədd olub getməlidirlər”. Prezident Barak Obamanın iqamətgahında keçirilmiş mərasimdə jurnalistlər Tomasdan İsrailin son hərəkətlərini qiymətləndirməyi xahiş ediblər.  O qeyd edib ki, Fələstin xalqı işğal şəraitində yaşayır, bu, onların öz torpağıdır.  İsrailə gəldikdə isə,  “Onlar öz evlərinə -  Polşa, Almaniya, Amerikaya, hara istəsələr  gedə bilərlər”,-deyə veteran jurnalist bildirib.  Tomasın çıxışı videolentə alınıb və geniş əks-səda doğurub.

 

Ağ evin mətbuat katibi Robert Gibbs Tomasın şərhini “təhqiredici və pislənməyə layiq” adlandırıb. 89 yaşlı jurnalist əmindir ki, Yaxın Şərqdə sülh yalnız tərəflərin bir-birinə qarşılıqlı hörmət və dözümlülük göstərəcəyi təqdirdə mümkündür.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR