Modern.az

NATO bir gündə Əfqanıstanda 10 əsgər itirdi

NATO bir gündə Əfqanıstanda 10 əsgər itirdi

8 İyun 2010, 09:45

NATO Əfqanıstanda bir gündə 10 əsgərini itirib. Modern.az BBC-yə istinadən xəbər verir ki,  5 Amerika əsgəri Əfqanıstanın şərqində yol kənarında basdırılmış minanın partlaması nəticəsində həlak olub. Daha 5 NATO əsgəri isə ölkənin cənubunda və şərqində silahlı toqquşma nəticəsində həlak olub. Əfqanıstandakı Sülhü Dəstəkləmə Qüvvələrinin (İSAF)  məlumatına görə, NATO son aylarda ən böyük itkisini verib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir