Modern.az

İran İsrail kəşfiyatına işləyən tələbəni EDAM ETDİ

İran İsrail kəşfiyatına işləyən tələbəni EDAM ETDİ

Dünya

20 Dekabr 2025, 09:10

İran İsrailin kəşfiyyat xidməti “Mossad” və İsrail ordusu ilə əməkdaşlıqda ittiham olunan Şahrud Universitetinin memarlıq fakültəsinin tələbəsi Aqil Keşavarzın edam edildiyini açıqlayıb.

Modern.az ISNA-ya istinadən xəbər verir ki, o, İsrail ilə kəşfiyyat əməkdaşlığında, həmçinin hərbi və təhlükəsizlik obyektlərinin fotoşəkillərinin çəkilərək ötürülməsində ittiham olunub.

Məlumata görə, Aqil Keşavarzın ailəsi onunla sonuncu dəfə ötən gün Urmiya Mərkəzi Həbsxanasında görüşüb.

Bildirilib ki, o, iyun ayında İsraillə İran arasında baş vermiş 12 günlük müharibə zamanı saxlanılıb. İslam Respublikasının məhkəmə sistemi tərəfindən “İsrailə casusluq” ittihamı ilə mühakimə olunan Aqil Keşavarz barəsində edam hökmü çıxarılıb və hökm icra edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır