Modern.az

Tramp ABŞ-ın 30 səfirini geri ÇAĞIRIR

Tramp ABŞ-ın 30 səfirini geri ÇAĞIRIR

Dünya

22 Dekabr 2025, 11:54

ABŞ Prezidenti Donald Trampın administrasiyası təxminən 30 xarici missiyada yüksək vəzifə tutan diplomatları geri çağırmaq qərarına gəlib.

Modern.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) Dövlət Departamentinin adı açıqlanmayan rəsmilərinə istinadən bildirib.

Məlumata görə, artıq ABŞ-ın xaricdəki 29 diplomatik missiyasının rəhbəri vəzifə müddətinin yanvar ayında başa çatacağı barədə bildiriş alıb.

Diplomatlar ABŞ-ın 46-cı prezidenti Co Baydenin administrasiyası dövründə vəzifələrini icra etməyə başlayıblar. Ən çox sayda ABŞ səfiri Afrikadan geri çağırılır, burada 13 ölkədəki ABŞ diplomatik missiyasının rəhbəri vəzifələrindən azad edilmə barədə bildiriş alıblar.

Asiyada Tramp administrasiyası Vyetnam və Filippin də daxil olmaqla 6 ölkədən səfirlərini geri çağırır.

Yaxın Şərqdə Əlcəzair və Misirdəki yüksək vəzifəli ABŞ diplomatları vəzifələrindən azad edilmə barədə bildiriş alıblar.

Kadr dəyişiklikləri Ermənistan, Şimali Makedoniya, Monteneqro və Slovakiyadakı ABŞ səfirliklərinə də təsir edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır