Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, Rusiya Təhsil və Elm Nazirliyi tərəfindən Rusiya Federasiyasının ali təhsil müəssisələrində Azərbaycan vətəndaşlarının təhsil alması üçün ayrılmış plan yerlərinə Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının qəbulu üçün Ümumrusiya Azərbaycan Konqresi tərəfindən sənəd qəbulu aparılıb. İyunun 6-da Heydər Əliyev Fondunun və Ümumrusiya Azərbaycanlılar Konqresinin təşkilatçılığı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Moskva şəhərində Rusiyanın ali təhsil müəssisələrinə həmin ölkədə yaşayan Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 148 abituriyentdən 40 nəfəri müsabiqə şərtlərini ödəyərək RF-nin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Müsabiqədən keçənlərdən 4 nəfəri I qrupu üzrə, 10 nəfəri II qrup, 18 nəfəri III qrup, 8 nəfəri isə IV qrup üzrə ixtisaslara qəbul olublar.
Modern.az