Modern.az

Suriyada döyüşlər başladı

Suriyada döyüşlər başladı

Dünya

23 Dekabr 2025, 00:50

Suriya hökumət qüvvələri ilə YPG arasında toqquşmalar başlayıb.

Modern.az bu barədə "Əl-Ərəbiyyə" kanalına istinadən xəbər verir.

Döyüşlər əsasən kürdlərin yaşadığı Hələb şəhərində, Şeyx Məqsud və Əşrəfiyyə bölgələrində baş verib.

Suriya Daxili İşlər Nazirliyi YPG-nin bu ərazilərdəki nəzarət-buraxılış məntəqələrində hökumət heyətinə hücum etdiyini bildirib. Hakimiyyət orqanlarının məlumatına görə, atəş açması nəticəsində bir nəfər həlak olub, iki hökumət qüvvəsi və üç mülki müdafiə işçisi yaralanıb.

Özünü Suriya Demokratik Qüvvələri (SDQ) adlandıran qruplaşma isə hücuma görə Dəməşqi günahlandırıb. Onlar bildiriblər ki, minaatan və ağır silahlardan istifadə edilən hücum nəticəsində iki nəfər ölüb və beş mülki şəxs yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır