Modern.az

Deputat Qarabağ məsələsinin parlamentdə müzakirəsini təklif edib

Deputat Qarabağ məsələsinin parlamentdə müzakirəsini təklif edib

Parlament

30 Sentyabr 2009, 13:01

Bu gün Milli Məclisin (MM) payız sessiyasının ilk iclasında duputat Aynur Quliyeva Azərbaycan ictimaiyyətini ciddi narahat edən Qarabağ məsələsinin parlamentin müzakirəsinə çaxarılması təklifini irəli sürüb. Modern.az-ın əməkdaşı xəbər verir ki, A.Quliyeva bildirib ki, son vaxtlar cəmiyyətdə Qarabağ məsələsi ətrafında davam etdirilən danışıqların gedişi barədə narahatlıq artıb.

Millət vəkili deyib ki, hazırda Milli Məclisin üzvü olan deputatların səlahiyyət müddətinin başa çatmasına bir il qalıb. Buna görə də onların Qarabağ məsələsinin parlamentdə müzakirəsində mütləq iştirak etməlidirlər. A.Quliyeva məsələnin vacibliyini həm də dünyada cərəyan edən proseslərlə əlaqələndirib. Onun sözlərinə görə,  xarici işlər naziri Elmar Məmmədyarov Milli Məclisə çağırılmalı, ondan deputatları və ümumiyyətlə ictimaiyyəti maraqlandıran məsələya cavab istənilməlidir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir