Modern.az

Azad olunan ərazilərdə yeni Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi yaradılacaq

Azad olunan ərazilərdə yeni Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi yaradılacaq

Qarabağ

23 Dekabr 2025, 10:28

Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyəti təkmilləşdirilir.

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərarla Yerli icra hakimiyyəti başçısının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi təsdiqlənib.

Yerli icra hakimiyyəti (Bakı şəhəri, Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər və Qubadlı rayonları istisna olmaqla) orqanları altı ay müddətində aidiyyəti üzrə tabeliklərində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin əsasında məhdud məsuliyyətli cəmiyyət statusunda vahid Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin yaradılması ilə bağlı təklifləri Nazirlər Kabinetinə təqdim edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?