Modern.az

Azərbaycanda böyrək almış orqan taciri SAXLANILDI

Azərbaycanda böyrək almış orqan taciri SAXLANILDI

Aktual

24 Dekabr 2025, 10:50

İnsan orqanlarının ticarəti ilə məşğul olan ukraynalı qadın Polşadan Qazaxıstana ekstradisiya edilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 2017-ci ilin iyul ayından 2019-cu ilin yanvar ayına qədər qadın “qara bazar”da yenidən satış üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Tailand və Özbəkistanda qanunsuz olaraq insan böyrəkləri alıb.

Ukrayna vətəndaşının 5 il beynəlxalq axtarışda olduğu və bu yaxınlarda Polşada təsadüfən aşkar edilərək saxlanıldığı bildirilir. Qazaxıstan məhkəməsi 35 yaşlı qadını qiyabi olaraq 12 il həbs cəzasına məhkum edib.              

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır