Modern.az

Klub prezidentinin saçlarında narkotik TAPILDI

Klub prezidentinin saçlarında narkotik TAPILDI

Aktual

24 Dekabr 2025, 11:02

“Fənərbağça” futbol klubunun prezidenti Sadəttin Saranın saçlarında narkotik tapılıb.

Modern.az yerli KİV-ə istinadən xəbər verir kiİstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində şübhəlilərdən götürülən qan və saç nümunələri ilə bağlı Məhkəmə Tibbi Ekspertizası İnstitutu tərəfindən hesabat hazırlanıb.

Məlumata görə, "Fənərbaxça" prezidenti Sadəttin Saranın saç nümunələrində narkotik testi müsbət çıxıb.

Lakin Saranın qan, sidik və dırnaq nümunələrinin test nəticələri mənfi çıxıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır