Modern.az

Daxili Qoşunların komandanını Prezident təyin edəcək

Daxili Qoşunların komandanını Prezident təyin edəcək

Ölkə

25 Dekabr 2025, 18:40

Daxili qoşunların komandanını və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə zabitləri Prezident vəzifəyə təyin və vəzifədən azad edəcək.

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanunun tətbiqi barədə Fərmanında qeyd edilib.

 

Fərmana əsasən, onların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da Prezidentin səlahiyyətinə aid edilir.

 

Həmçinin, ölkə başçısı daxili qoşunların hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsini, daxili qoşunların hərbi şurasının əsasnaməsinin təsdiq edilməsini də həyata keçirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi