Modern.az

Məscidin qarşısına donuz başı atdılar - FOTO

Məscidin qarşısına donuz başı atdılar - FOTO

Dünya

14 Aprel 2014, 16:39

Yunanıstanın Ayantos şəhərinin Dedeagac bölgəsində keçən il tikilən və “Quran” kursu kimi istifadə olunan məscidin önündə kəsilmiş donuz bası tapılıb. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, kəsilmiş donuz bası sabah namazına gələn camaat tərəfindən aşkarlanıb. Məlumatda qeyd edilir ki, ərazidə yaşayanlar olaydan sonra böyük təəssüf  hissi keçirdiklərini bəyan ediblər.
Ərazi polisi hadisə ilə bağlı araşdırmaya başlasa da, bu çirkin addımı kimin, yaxud kimlər tərəfindən edildiyi hələ ki məlum deyil. Ərazidə yaşayan yunanlar hadisəni qınayaraq, insanların dini inanclarının sərbəstliyinin vacib olduğu vurğulanıb. Yunanıstanda iki il əvvəl bir dəfə də Kavalada bir məscidin qapısı önünə kimliyi bilinməyən şəxslər tərəfindən kəsik donuz başı atılmışdı.



Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır