Modern.az

Timoşenko Ukraynanı Putindən müdafiə etmək üçün dünyanı köməyə çağırdı

Timoşenko Ukraynanı Putindən müdafiə etmək üçün dünyanı köməyə çağırdı

Dünya

14 Aprel 2014, 17:22


Prezidentliyə namizəd, keçmiş baş nazir Ukraynanı Rusiyanın təcavüzkar siyasətindən xilas etmək üçün dünyanı birbaşa hərbi yardım etməyə çağırıb. Modern.az. Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda “Batkivşina” partiyasının mətbuat xidməti məlumat yayıb. Timoşenko bəyan edib ki, qərar qəbul etmək vaxtıdır: “Təcavüzkarla barışıq dövrü başa çatıb. Eyni zamanda, Rusiya təcavüzünə qarşı ümummilli müqavimətin elan edilməsinin vaxtı çatıb”.

Timoşenko bütün dövlət başçılarını yubanmadan Rusiya dövlətinə qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb: “Mən liderlərdən həm də xahiş edirəm ki, azadlıq uğrunda mübarizə aparan  Ukrayna xalqına birbaşa hərbi yardım etsinlər. Mən dünya liderlərindən fəaliyyətə başlamalarını xahiş edirəm”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır