Modern.az

Ukrayna müharibəsi Azərbaycanın gələcək addımlarına təsir edəcək

Ukrayna müharibəsi Azərbaycanın gələcək addımlarına təsir edəcək

Ölkə

26 Dekabr 2025, 17:14

Bizim istəyimiz ondan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsi tez zamanda başa çatmasıdır.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair jurnalistlərin sorğusuna cavab olaraq bildirib.

Nazir qeyd edib ki, müharibədən sonrakı prosesləri proqnozlaşdırmaq və həmin proqnozlar konteksində Azərbaycanın nə edəcəyi müharibənin hansı şərtlərlə başa çatmasından aslıdır. 

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanın hansı istiqamətdə addım atacağı bir çox məsələrdən ibarətdir:
“Müharibə başa çatdıqdan sonra Ukrayna–Rusiya münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi, eləcə də Rusiyanın Qərblə münasibətlərinin “soyuq müharibə” formatında davam edib-etməyəcəyi kimi bir çox amillər Azərbaycanın gələcək davranışını, iştirakı və siyasətini müəyyən edəcək”.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV