Modern.az

Obama ilə Putin danışdılar – YUMŞAQ İTTİHAMLAR SƏSLƏNDİRİLDİ

Obama ilə Putin danışdılar –  YUMŞAQ İTTİHAMLAR SƏSLƏNDİRİLDİ

15 Aprel 2014, 08:10

Rusiya prezidenti ötən gün ABŞ prezidenti Barak Obamaya telefon açıb.   

Modern.az xarici KİV-lərə istinadən bildirir k, Obama söhbətin əvvəlində diqqəti Ukrayna probleminin diplomatik yolla həllinin üstünlüyünə yönəldərək Rusiyanın atdığı addımların buna mane olduğundan təəssüfünü gizlətməyib. O, bildirib ki, Ukrayna xalqı özü gələcəyini müəyyən etməlidir.  

 

ABŞ prezidenti Kremlin birbaşa dəstəyi ilə Ukraynada vəziyyətin  gərginləşdirildiyini də deyib. Buna görə o, Rusiyanın yeni sanksiyalarla üzləşəcəyini istisna etməyib.  

 Buna cavab olaraq Putin ABŞ-ı Ukraynada məsələlərin böyüməsinə qarşı olmağa səsləyib.   Sonda Putin Obamanın Ukrayna ilə ilə bağlı doğru olmayan məlumatlara əsasən fakir yürütdüyünü də dilə gətirib.    

 

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər