Modern.az

Bakıda 66 yaşlı kişinin doğum faktı indi təsdiqləndi

Bakıda 66 yaşlı kişinin doğum faktı indi təsdiqləndi

Aktual

27 Dekabr 2025, 12:07

Bakı şəhəri Yasamal rayonunda 1959-cu ildə doğulan  şəxsin doğum faktı indi təsdiqlənib.

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi qərar verib.

Belə ki, iddiaçı şəxs 1959-cu ildə Ermənistan Respublikasının Masis rayonunda Dostluq kəndində anadan olub.

O, ərizəsində bildirib ki, Ermənistan Respublikasının Masis rayonunda Dostluq kəndində anadan olub. 1988-ci ildə Ermənistan və Azərbaycan arasında münaqişə zamanı Ermənistandan deportasiya edilib və Bakı şəhər Yasamal rayonuna köçərək həmin vaxtdan eyni ünvanda yaşayır. 

İddiaçı 3 saylı Bakı Asan Xidmət Mərkəzinə müraciət edərək doğum haqqında şəhadətnaməsinin təkrarını almaq istəsə də, ona məktub göndərərək məhkəmə qaydasında hüquqi faktın müəyyən edə biləcəyi qeyd edilib.

Məhkəmənin qərarı ilə ərizəçinin 1959-cu ildə Ermənistan Respublikası, Masis rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi