Modern.az

Polşanın iki hava limanının fəaliyyəti dayandırıldı 

Polşanın iki hava limanının fəaliyyəti dayandırıldı 

Dünya

27 Dekabr 2025, 14:19

Ukraynada baş verən münaqişədə artan hücumlar səbəbindən Polşanın Jeşuv və Lyublin şəhərlərindəki hava limanları uçuşları dayandırıb.

Modern.az xəbər verir ki, bu barədə Polşa Hava Naviqasiya Agentliyi məlumat yayıb.

Məlumata görə, Polşa hərbi təyyarələrinin sərbəst hərəkətini təmin etmək üçün belə addım atılıb.

Bu qərarın elan olunmasından təxminən bir saat əvvəl Polşa Silahlı Qüvvələri yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemlərinin döyüş hazırlığına gətirildiyini bəyan edib.

Bildirilib ki, əməliyyat profilaktik xarakter daşıyır və Polşa hava məkanının təhlükəsizliyini və mühafizəsini təmin etməyə yönəlib.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır