Modern.az

ABŞ səfiri: “Fətullah Gülən cinayət törətsə, tədbir görəcəyik”

ABŞ səfiri: “Fətullah Gülən cinayət törətsə, tədbir görəcəyik”

Dünya

15 Aprel 2014, 11:11


ABŞ-ın Türkiyədəki səfiri Francis Ricciardone aprelin 14-də seçki zəfərini qeyd etmək üçün dünən Ədalət və İnkişaf Partiyasının (AKP) ümumi mərkəzinə reallaşdırdığı ziyarət zamanı sürpriz mesajlar verib.
Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, ABŞ səfiri Türkiyə hökumətinin camaatın onları devirməyə yönələn başda səs yazıları olan kasetlərindən duyduğu narahatlığının haqlı olduğunu söyləyib. Ricciardone ABŞ-ın Pensilvaniya ştatında yaşayan tanınmış din adamı Fəthullah Gülən ilə əlaqədar olaraq bunları deyib: “Amerika ilə Türkiyə arasında cinayətkarlarla bağlı razılaşmalar var. Bir cinayət törətsə, lazım olan tədbirləri görüləcəyimizə şübhəniz olmasın. Fətullah Gülən haqqında bir istintaq yoxdur, rəsmi tələb də yoxdur. Hələ haqqında istintaq açılmamış birini tez-tələsik çölə ata bilmərik”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!