Modern.az

Sona çatan "Qanlı Ay tutulması" Qiyamət xəbərçisidirmi?

Sona çatan "Qanlı Ay tutulması" Qiyamət xəbərçisidirmi?

15 Aprel 2014, 14:44


Günəş, Dünya və Ayın eyni xəttə gəlməsi sonrası ayın qırmızı rəngə bürünməsi olaraq adlandırılan “Qanlı Ay Tutulması” sona çatdı. Modern.az xarici KİV-ə istinadən bildirir ki, son 500 ildə yalnız 3 dəfə reallaşan "Qanlı Ay Tutulması" olaraq müşahidə edilən astronomiya hadisəsi bu gün Azərbaycan vaxtı ilə 10:58-də başlayıb. 78 dəqiqə boyunca sürən nadir tutulma hadisəsi 4-cü "Qanlı Ay Tutulması" olub.

Qanlı Ay Tutulması, Günəş, Ay və Dünyanın eyni xəttə gəldiyi sırada dünyanın kölgəsinin Ay üzərinə düşməsi ilə birlikdə Ayın qırmızı rəngə bürünməsi olaraq açıqlanır.

Mütəxəssislər, bu ay tutulmasını günəşin batması əsnasında səmanın qırmızı bir rəngə bürünməsinə bənzər bir vəziyyət olaraq açıqlayır. Amerika üzərində açıqca görülən Qanlı Ay Tutulması təxminən 78 dəqiqə davam edərkən, mütəxəssislər Azərbaycanda gündüz olması səbəbindən bu astronomiya hadisəsinin görülmədiyini bildiriblər.

Bu cür bir təbiət hadisəsinin əsrlər boyunca nadir görülə biləcək bir şey olduğunu yazan NASA səlahiyyətliləri isə amerikalılardan bu anın dadını çıxarmalarını istəyib. 4 dəfə reallaşacaq Qanlı Ay Tutulması silsiləsinin ilkini meydana gətirən bu ay tutulması ilə yanaşı, 2014-cü il ərzində noyabrın 8-də, 2015-ci ildə isə aprelin 4-də və sentyabrın 28-də Qanlı Ay Tutulması təkrar yaşanacaq.

Digər tərəfdən, bir qrup xristian isə bu elmi hadisəni dünyanın sonunun yaxınlaşdığı şəklində şərh edib. Keçmiş Əhdin parçası olan Yoel kitabında yer alan “Tanrının böyük və qorxunc günü gəlmədən əvvəl günəş qaranlığa, ay qana bürünəcək” sözünün bu vəziyyəti təsvir etdiyini ifadə edən xristianlar, Qanlı Ay Tutulmasının dünyadakı bir çox dəyişikliyin də xəbərçisi olacağını iddia edirlər.

Qiyamət xəbərçisidirmi?

Şimali və Cənubi Amerikadan görülən Ay tutulması, İncildəki ayələrdə qiyamətə istiqamətli bir işarə olaraq göstərilir. 2011-ci ildən bu yana yaşanan ilk tam tutulmanın, ard-arda reallaşacaq "tetrad" adı verilən dörd Ay tutulmasının ilki olduğunu yazan ABŞ Havaçılıq və Kosmos Dairəsi növbəti tetradın 2032-2033-cü illərində yaşanacağını bildirir.

1 saat 18 dəqiqə davam edən tutulma əsnasında Ay, qırmızı rəngdə görünüb, Spica ulduzu daha parlaq görünərkən, dünyaya ən yaxın mövqeyə çatan Mars da parlaq rəngə büründü. Ayın qırmızı rəng aldığı tam Ay tutulmaları 1492, 1949 və 1967-ci illərdə reallaşıb.

Bu il tam Ay tutulmasının Yəhudilərin Pasxa bayramına təsadüf etməsi də İsa peyğəmbərin geri dönüşünün işarəsi kimi şərh olunur. İncildəki  "Yuxarıda, səmada möcüzələr yaradacağam. Aşağıda, yer üzündə qan, atəş və tüstü buludları görüləcək. Rəbbin böyük və görkəmli günü gəlmədən əvvəl Günəş qaralacaq, Ay qan rənginə dönəcək. O zaman Rəbbi adıyla çağıran hər kəs xilas olacaq" sözləri isə Ay tutulmasının qiyamət əlaməti olması şərhlərinə gətirib çıxarır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir