Arxiv
8 İyun 2010, 20:27 | İQTİSADİYYAT
O dünyadan xəbər...

st1:*{behavior:url(#ieooui) }

(Hekayə) Mən haradayam..? Yox, orada “mən” sözü, “mən” məfhumu yox idi. Sanki ya rezin parçası, ya da təbiətin bir hissəsiydim. Vucudum qum kimi ovulub tökülür, huşumu itirənədək özüm öz içimdən sürətlə, çox sürətlə keçirdim… Müxtəlif tərəflərə dartılırdım, əzilir, incidilirdim...

Bu, ruhun iztirabı idi. Bizim yaşadığımız dünyada buna bənzər əzab mövcud deyil. Bəlkə o dünyanın əzabıyla  qorxudan müqəddəs kitablar elə bu əzabı-ruhun iztirabını nəzərdə tuturlarmış?

 

..Yenə o şəkil kinolent kimi axıb keçdi “gözümün önündən” - yəni xəyalımdan. Bu kimdi? Sual verdim, cavabı fikirləşməyə beynimin gücü yox idi.

 

Du, du, du, du……du, du, du, du… bayaqdan bəri hər şey bu yeknəsəq səsin ahəngində baş verir.

Çox-çox əvvəl, bəlkə min il, bəlkə isə bir an əvvəl, əsas odur ki, ən əvvəldə mən kömək gözləyirdim. Keyimiş və əzab çəkən beynimin hansısa bir hücrəsində gözləmə nöqtəsi «işləyirdi». «O» gələcək və məni xilas edəcək. Kim? Təbii ki, hər bir şeydə köməyə çağırdığım insan. Biz bu günü birgə gözləyirdik. Bəs o hanı? Niyə məni bu vəziyyətdən çıxarmır?  «O» kimdir axı? Onun adı nədir? Yox, yadıma düşmür. Sonra isə.. beynimin «onu» tanıyan hücrəsi dondu. Yox, ölmədi, «o» da beynimdən çıxmadı. Sadəcə olaraq, o səhifə bağlandı. Getdikcə mən əzabın təsirindən həyatla əlaqəsi olan hər bir şeyi unutdum. Onun varlığı, mənim köməyimə gələ biləcək hissi yeni mərhələdə yox idi.

 

…Burada maddi olan hər şey maddə idi. İnsanların yarandığı maddələr ayrı-ayrılıqda burada var idi. Təkcə suyu tanıya bildim. Yəqin ki, ağlım üstümdə olsaydı «su, həyat deməkdir» məşhur deyimini xatırlayardım. Amma indi o halda deyildim. Mən onu ağılla yox, instinktlə tanımışdım. Bütün kainatın və bəşəriyyətin və ulduzların və hər şeyin…Hər bir şeyin küll halında olduğunu mən ağlımlamı dərk edirdim, yox, bəs o dərketmə harada baş verirdi? Axı orada «mən» və «mənim» və «mənim ağlım» məhvumları yox idi.

…Bəlkə mən ölmüşdüm? Əgər ölmək budursa, deməli, dini kitablarda yazılanlar çox bəsitdir, amma insanlara bu vəziyyəti və həqiqəti çatdırmağın başqa yolu yoxdur. Əslində isə kaitnatdakı hər bir şey elmdir, elmin təsvir etdiyi və dini kitabların sadə dillə izahını verdiyi kimidir. Ruh, maddədir. Kainatdakı bütün ruhlar küll halında nə isə bir şeyi yaradır. Bəlkə, Allahı? Əstağfrullah, bunu heç kim bilmir. Bəlkə də heç bilməyəcək də. Təbiətdəki hər şey həmagəng və harmoniyadadır. Əgər bu sözləri məndən əvvəl deyənlər olmasaydı, mən onu olduğu kimi işlədərdim-buna şübhəm yoxdur.  

…Mən bu vəziyyətdən xilas olmalıyam. Kimi çağırım?

..Şəkil yenə keçdi...

 

..Yavaş-yavaş ağlım işləməyə başlayırdı. Bura haradır? Niyə burda heç nə yoxdur? Axı bir vaxtlar həyat vardı? Ayrı-ayrı fərdlər, insanlar vardı, onları yaradan… «Yaradan» vardı?! «Allah» vardı!!! Bəli, Allah! Allahı axtarıram - yalvarım ki, indiki bu anlaşılmaz, adamı dəli edəcək dərəcədə anlaşılmaz və ağlasığmaz vəziyyətdən canımı qurtarmaq üçün... məni öldürsün.

..Du, du , du.. Şəkil yenə gəldi, keçdi. Bu kişi kimdi? Kişi? O kişi deyil, uşaqdır - balaca uşaq. Bu ki, mənim oğlumdur, beşiyindən mənə baxır...

Oğlum… «Mən» axıb evimin düz ortasından keçdim… Və qayıtdım! Evimizin qarşısında, taksiyə mindiyim yerə qayıtdım.

…Hövlnak palataya daxil olan bacımla, həyat yoldaşımla danışmaq istədim. Hiss olunurdu ki, həkimlər onları yalnız indicə içəriyə buraxıblar. Ağzım açıq qalmışdı, çənəm sözümə baxmırdı ki, nə isə ifadə edə bilim. Deməli, mən cismən ölübmüşəm, qalıbmış «çənəmi çəkmək». Bunu dərk edəndə həyəcanlandım, əllərimi onlara uzatmaq istədim. Qolumdakı iynə dartıldı, başımın üstündəki dəmirdən asılmış qlükoza şüşəsi yellənməyə başladı. Başımı çevirəndə kardioqramma aparatını gördüm, başa düşdüm ki, bayaqdan bəri beynimi deşən «du, du» ürəyimin səsiymiş. Məni ölməyə qoymayan ürəyimin. Başımın üstündə hələ də yellənməkdə olan şüşəyə baxdım. Başım gicəlləndi, yenidən huşumu itirdim.   

 

- Sən hərdən Allaha şəkk edirdin, ona görə də səni incidib, buraxıblar. Ya da səni körpə oğluna bağışlayıblar…

 

Başıma gələnləri öz ağlımın və dünyagörüşümün gücünə görə başa salmağa çalışdığım rəfiqəm çoxbilmiş-çoxbilmiş rəy verir. Həyat yoldaşım, bilmirəm niyə, bu söhbətə qulaq asmaq belə istəmir. Otağa bir-birinin ardınca doluşan tanış-biliş bir az bundan əvvəlki söhbətdən xəbərsiz olsalar da, «eşitdik yaman ağır keçirmisən narkozu» deyirlər. Mən isə divanda keyimiş kimi oturub, gülümsünürəm: «Ağır..? Sizin o dünyadan xəbəriniz yoxdur…».

  

Gül Hüseyn

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Merkel 9 saatlıq danışıqlardan sonra: “Putin, sən qalib gəldin” 11 Dekabr 2019, 11:44 YAP nümayəndələri Heydər Əliyevin məzarını ziyarət ediblər 11 Dekabr 2019, 11:41 28 azərbaycanlı gənc Avropa İttifaqının qərarvermə prosesini təcrübədən keçirdi 11 Dekabr 2019, 11:31 Təhsil Nazirliyi Biləsuvar və Masallıya mediatur təşkil edib - FOTO 11 Dekabr 2019, 11:31 Dünyada daha bir müstəqil dövlət yarana bilər 11 Dekabr 2019, 11:30 Gələn ildən şprislərin fiziki parametrlərinin yoxlanılmasına başlanılacaq - Nazir müavini 11 Dekabr 2019, 11:25 Rusiyada ukraynalı eks-naziri 7 il həbs cəzası gözləyir 11 Dekabr 2019, 11:22 Sabah Bakıda bu yollar bağlanacaq - XƏBƏRDARLIQ 11 Dekabr 2019, 11:16 40 yaşın mübarək, Emin! 11 Dekabr 2019, 11:14 Goranboyda yeni yaşayış binası tikilir 11 Dekabr 2019, 11:13 Ramiz Mehdiyev İlham Əliyevdən YAZDI: “O, ən kiçik eyhamların mənasını başa düşür 11 Dekabr 2019, 11:07 Əfqanıstanda ABŞ-ın hərbi bazasına kamikadze hücumu... 11 Dekabr 2019, 11:01 Əli Əhmədov YAP-ın namizədlər siyahısından DANIŞDI 11 Dekabr 2019, 11:00 Çempionlar Liqasının ən gənc qol müəllifi: “Stadiondakı səssizlikdən təəccübləndim” 11 Dekabr 2019, 10:59 Bakının bu rayonu susuz qalacaq 11 Dekabr 2019, 10:54 Bülletenlərin DSK-lara paylanmasına başlanıb - MSK 11 Dekabr 2019, 10:48 Ötən gün yol qəzalarında 4 nəfər öldü 11 Dekabr 2019, 10:42 Bakıda iki yeniyetməni öldürən sürücü saxlanıldı 11 Dekabr 2019, 10:36 “Kamaz”ın vurub öldürdüyü abituriyentlərin kimliyi məlum oldu - FOTO 11 Dekabr 2019, 10:30 Bakıda iki yeniyetmənin öldüyü dəhşətli qəzanın görüntüsü - VİDEO 11 Dekabr 2019, 09:55 İcra başçısının işdən çıxardığı müavini ÖLKƏDƏN QAÇDI 11 Dekabr 2019, 09:47 Gürcüstan-Azərbaycan sərhədində İNSİDENT - yaralanan var 11 Dekabr 2019, 09:40 Xaricdəki azərbaycanlılardan MESAJ: “Yeni seçiləcək deputatlara ümid edirik” 11 Dekabr 2019, 09:39 Ermənilər mövqelərimizi atəşə tutdu 11 Dekabr 2019, 09:29 Azərbaycanda əhalinin yalnız 20 faizi idmanla məşğul olur 11 Dekabr 2019, 09:19 Jurnalistlərə əlçatan olmayan mətbuat katibləri: məmurlaşanlar, tənqidə dözümsüzlər, qaçıb gizlənənlər… 11 Dekabr 2019, 08:46 Bakı-Sumqayıt yolunda böyük tıxac yarandı 11 Dekabr 2019, 08:41 Çempionlar Liqasında 6-cı tur yekunlaşır - “Qalatasaray” üçün çətin sınaq - TƏQVİM 11 Dekabr 2019, 08:28 Bu komandalar da Çempionlar Liqasının 1/8 finalına çıxdılar 11 Dekabr 2019, 08:23 Tramp Lavrovla görüşdü 11 Dekabr 2019, 00:56 Dadaşlinski Elxan Məmmədovu sorğuladı - VİDEO 11 Dekabr 2019, 00:34 Bakıda 44 yaşlı kişi döyüldü 11 Dekabr 2019, 00:16 Daha 2 komanda Çempionlar Liqasının 1/8 finalında 10 Dekabr 2019, 23:58 “EuroHome”un yaxınlığında dəhşətli qəza: 2 tələbə öldü - VİDEO, +18 10 Dekabr 2019, 23:45 Müsavat növbədənkənar seçkiyə bu namizədlərlə gedir: eks-deputatlar, professorlar, hüquqşünaslar, jurnalistlər, politoloqlar... 10 Dekabr 2019, 23:34