Modern.az

2025-ci il ölkəmizin həyatında əlamətdar il oldu - Eldar İbrahimov

2025-ci il ölkəmizin həyatında əlamətdar il oldu - Eldar İbrahimov

Parlament

30 Dekabr 2025, 14:52

“Milli Məclisin bu gün keçirilən Plenar iclası ölkəmizin bütün vətəndaşları üçün çox xoş olan bayram ərəfəsinə təsadüf edir. Sabah, dekabrın 31–i Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və cari ilin son günüdür. Adətən ili başa vuranda hamı özünə sual edir ki, bu il nə ilə yadda qaldı”.

Modern.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov səsləndirib.

“Sevindirici haldır ki, 2025-ci il respublikamızın ictimai-siyasi və sosial-iqtisadi həyatında, habelə qanunverici orqan olan parlamentimizin fəaliyyətində əlamətdar il olmuşdur desək, heç də yanılmarıq. Belə ki, yola saldığımız ildə müstəqillik tariximizdə ilk dəfə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları və Çin Xalq Respublikası arasında əməkdaşlıq  razılaşmaları əldə edilmişdir. Dünyanın aparıcı ölkələri ilə ərazi bütövlüyünü və suverenliyini yenicə təmin edən bir ölkənin belə bir uğura nail olması çox nadir hadisədir. Əlbəttə, belə bir nailiyyətə nail olmağımız hörmətli Prezidentimiz İlham Əliyev cənablarının bu illər ərzində apardığı düşünülmüş və uzaqgörən daxili və xarici siyasət nəticəsində mümkün olmuşdur. Məhz dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkə əhalisinin sosial-rifah halının yaxşılaşdırılmasına yönəlmiş və daim təkmilləşən bu siyasətin nəticəsində respublikamızın beynəlxalq aləmdə imici gündən-günə artmaqdadır. Bu isə hər şeydən əvvəl hörmətli Prezidentimizin çox yüksək liderlik qabiliyyətinə malik olması və dünya ölkələrinin rəhbərləri tərəfindən etibarlı tərəfdaş kimi qiymətləndirilməsi ilə əlaqədardır”, - E.İbrahimov əlavə edib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarında və Çin Xalq Respublikasında həmin ölkələrin liderləri tərəfində çox böyük hörmət və ehtiramla qarşılanması, ikitərəfli əməkdaşlığın inkişafına dair səmimi görüşlərin keçirilməsi, ölkəmiz üçün çox ümdə məsələlərin həllinə yönəlmiş köməkliyin göstərilməsi yixarıda dediklərini bir daha sübut edir.

“2025-ci ildə  ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi  həyatında əldə etdiyimiz nailiyyətlərdə parlamentimizin  uğurlu fəaliyyətinin  də müəyyən rolu olmuşdur. Bu il Milli Məclisin sədri  hörmətli Sahibə Qafarovanın başçılıq etdiyi  parlament nümayəndə heyəti bir çox xarici ölkələrdə səfərlərdə olmuş, çoxsaylı beynəlxalq təşkilatların keçirdiyi çox mötəbər tədbirlərdə iştirak etmişdir. Bu səfərlərdə və tədbirlərdə həmkarlarımızın etdiyi çıxışlarda, keçirdikləri görüşlərdə  Azərbaycan həqiqətləri çox geniş surətdə izah edilmiş, Respublikamız haqqında ətraflı məlumatlar verilmişdir. Bütün bunlar Azərbaycan Respublikasının tolerant və sülhsevən bir ölkə olmasını, onun demokratik, hüquqi və sivil bir dövlət kimi formalaşması istiqamətində çox mühüm tədbirlərin həyata keçirildiyini bəyan etməyə imkan verir. Eyni zamanda, ölkəmizin dünyada tanıdılmasına öz töhfəsini verir. Digər tərəfdən,  Milli Məclis sədrinin rəhbərliyi ilə bu il parlamentimiz ölkəmizin inkişafı və əhalinin sosial durumunun yaxşılaşması istiqamətində çoxsaylı qanunlar qəbul edərək  əvvəlki illərə nisbətən daha  çox məhsuldar işləmişdir.

Mən, xalqımızı qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Hesab edirəm ki, 2026-cı ildə xalqımızın uzun müddət arzu etdiyi Zəngəzur dəhlizi (Tramp yolu) hörmətli Prezidentimiz İlham Əliyev cənablarının səyləri nəticəsində  açılacaq və respublikamızın bir parçası olan Naxçıvanla quru əlaqələrimiz bərpa olunacaq, bölgəmizə sülh və əmin-amanlıq gələcəkdir”, deputat bildirib.
 

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ