Modern.az

Dünyanın ən təmiz şəhərlərinin reytinq siyahısı açıqlanıb

Dünyanın ən təmiz şəhərlərinin reytinq siyahısı açıqlanıb

Təhsil

9 İyun 2010, 09:54

Böyük Britaniyanın “Mercer Human Resource “ konsaltinq agentliyi 2010-cu ildə dünyanın ekoloji baxımdan ən təmiz şəhərlərinin reytinq siyahısını açıqlayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki,  siyahıda 221 meqapolisin adı yer alıb. Siyahı hazırlanarkən içməli suyun keyfiyyəti, zibilin vaxtında təmizlənməsi, kanalizasiya şəbəkələrinin və çirkab sularının təmizlənməsinin vəziyyəti, avtomobillərin hərəkət intensivliyi və bununla əlaqədar havanın işlənmiş qazlarla çirklənməsi kimi parametrlər nəzərə alınıb. Ekspertlər şəhərlərdə gurultunun səviyyəsini, habelə bərpa olunan enerji mənbələrindən istifadənin səviyyəsinı də nəzərə alıb, Kanadanın Albert əyalərinin ən iri şəhəri olan Kalqarini dünyanın ən təmiz şəhəri sayıblar. 1988-ci ildə XV Qış Olimpiadası bu şəhərdə keçirilib.  Ötən əsrin ortalarında burada iri neft yataqları kəşf olunub. Kalqari Kanadanın neft sənayesi paytaxtı statusunu alsa da, bütün dünyada daha çox iri dağ-xizək kurortlarına malik ekoturizm və idmanın qış növləri mərkəzi kimi tanınıb.

Təmizkar şəhərlər sırasınada ikinci yeri Qonolulu (ABŞ, Havay adaları) tutb, üçüncü və dördüncü yerləri Ottava (Kanada) və Helsinki (Finlandiya) şəhərləri bölüşüblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR