Modern.az

Barak Obama: "Onların ipini yığacam"

Barak Obama: "Onların ipini yığacam"

Dünya

9 İyun 2010, 09:58

Amerika prezidenti Barak Obama Meksika körfəzindəki neft axıntısına görə ciddi tənqid olunur. Modern.az BBC-yə istinadən xəbər verir ki, ekoloqlar prezidenti neft axıntısına münasibətdə  zəiflik göstərməkdə ittiham edib. Prezident isə bu ittihamları qəbul etməyərək onu tənqid edənlərə çox sərt cavab verib.  Obama Meksika Körfəzindəki fəlakətin qarşısının alınması sahəsində fəaliyyətinə görə daim və bəzən də ədalətsiz tənqidlərlə üzləşdiyini deyib.

Obama  neft şirkətləri üzərinə ciddi nəzarət qoyacağı barədə xəbərdar edib. O,  neft axıntısna görə məsuliyyət daşıyan bp barədə "onların ipini yığacam" deyib.

 

Prezident körfəzdəki axıntının ekoloji təsirlərinin miqyası barədə qəzanın əvvəlində gözdən pərdə asmaq istəyən bp-nin icraçı direktoru Toni Heyvordu işdən azad edəcəyini bəyan edib.

Prezident televiziya şəbəkəsinə müsahibəsində bildirib ki, indi körfəzin sahilində yağış altında durub balıqçılarla söhbət edirəm və burda nələrin baş verdiyini ekspertlərdən də əvvəl bilirəm.

O bildirib ki,  ekspertləri başına yığmasına səbəb elmi seminar təşkil etmək yox, onun təbirincə desək, "təpiyi kimin dalından vurmağın lazım olduğunu öyrənməkdir".

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?