Modern.az

ABŞ vətəndaşlarının bu ölkələrə girişi qadağan olundu

ABŞ vətəndaşlarının bu ölkələrə girişi qadağan olundu

Dünya

31 Dekabr 2025, 15:14

ABŞ-ın Mali və Burkina Faso vətəndaşlarının ölkəyə girişini qadağan etməsinə cavab olaraq bu ölkələr qarşılıqlı addım atıb.

Modern.az xəbər verir ki, Mali Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada ABŞ vətəndaşlarına viza qadağası tətbiq edildiyi bildirilib. Nazirlik bəyan edib ki, qərar qarşılıqlılıq prinsipi əsasında qəbul olunub və dərhal qüvvəyə minib.

Burkina Faso xarici işlər naziri Karamoko Jan-Mari Traore də ABŞ vətəndaşlarının bu ölkəyə girişinin qadağan edildiyini açıqlayıb.

Vaşinqtonun qərarı nə idi?

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 16-da əvvəllər tətbiq olunan səyahət məhdudiyyətlərini genişləndirərək Mali, Burkina Faso və Nigeri də siyahıya daxil edib. Ağ Ev bu qərarın əsas səbəblərindən biri kimi silahlı qrupların hücumlarını və təhlükəsizlik risklərini göstərib.

Qeyd edək ki, Mali və Burkina Faso hökumətləri hər iki ölkədə sürətlə yayılan silahlı qrupları nəzarət altına almaqda çətinlik çəkir. Hərbi xunta hakimiyyətləri bölgədə davam edən təhlükəsizlik böhranı fonunda mülki hökumətləri devirərək silahlı qruplarla mübarizə aparacaqlarını bəyan etmişdilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ