Modern.az

Keçmiş məhkəmə sədri özünü qondarma “respublika”nın prezidenti elan etdi

Keçmiş məhkəmə sədri özünü qondarma “respublika”nın prezidenti elan etdi

16 Aprel 2014, 13:32


Luqansk vilayəti Apelyasiya Məhkəməsinin keçmiş sədri Anatoli Vizir özünü “Cənub-Şərqi Respublika”nın “prezidenti” elan edərək Rusiyanın dəstəklənməsi üçün müraciət edib. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, keçmiş məhkəmə sədri “prezident” postuna seçildiyini təsdiqləyir, ancaq hansı şəraitdə bunun baş verdiyi məlum deyil. O, Ukraynanın cənub-şərqinin maraqlarını müdafiə edəcəyinə də söz verib. Hətta bəyan edib ki, hansısa “federal təhlükəsizlik komitəsi”nin qərarı ilə regionun ərazisində fövqəladə vəziyyət elan olunub. Eyni zamanda, Vizir Ukrayna rəhbərliyi ilə danışıqlara hazır olduğunu da bildirib.

Yerli KİV-in məlumatına görə, Anatoli Vizir 20 ildən çox məhkəmə orqanlarına çalışıb. 2006-2011-ci illərdə  isə Luqansk vilayəti Apelyasiya Məhkəməsinin sədri olub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir